Macarıstan son illərdə gənclərin ən çox istiqamətləndiyi ölkələrdən sayılır. Buna səbəb kimi keyfiyyətli təhsili , digər ölkələrə nisbətdə daha münasib təhsil haqqını , vizanın asan verilməsini , təhsildən sonra iş imkanlarının olmasını göstərə bilərik.
Stipendium Hungaricum (bundan sonra SH) Təqaüdü Macarıstanda tam təqaüdlə bakalavr , magistr və PHD səviyyələri üzrə təhsil almağınıza imkan yaradan - Azərbaycan Təhsil Nazirliyi ilə (HTP - Hökumətlərarası Təqaüd Programı) ortaq həyata keçirilən təqaüd programıdır.

Təqaüd Programının qarşıladıqları :
- Tam Təhsil Haqqı
- Yataqxana xərcləri
- Tibbi Sığorta
- Aylıq Təqaüd
- Bakalavr və magistrlər üçün 237 manat
- PHD tədqiqat dövrü üçün 760 manat, dissertasiya dövrü üçün isə 977 manat
Hər il SH təqaüdünü Azərbaycandan 200 nəfər qazanır və bu 200 təqaüd yeri müvafiq olaraq ixtisaslar üçün bölünməkdədir :
- Kənd təsərrüfatı , su idarəetməsi 10 təqaüd
- Təbiət elmləri , davamlı inkişaf 20 təqaüd
- Turizm 10 təqaüd
- Səhiyyə elmləri 5 təqaüd
- Beynəlxalq Münasibətlər 5 təqaüd
- Mühəndislik , İT , Texnologiyalar 75 təqaüd
- İqtisadiyyat , Biznes və idarəetmə ixtisasları 50 təqaüd
-PHD üçün isə istənilən ixtisas üçün ümumilikdə 25 təqaüd yeri ayrılmaqdadır.
Uyğunluq Meyarlarına baxaq:
- TQDK (DİM) balı texniki sahələr üçün minimum 400 , humanitar sahələr üçün minimum 500 baldan yüksək olmalıdır.
- Attestat balınız (UOMG) 5 ballıq sistemdə minimum 4 olmalıdır ( əgər bakalavr üzrə təhsil üçün müraciət edirsinizsə )
- Bakalavr GPA minimum 69 olaraq məüyyən edilib
- Bakalavr üçün müraciət edəcək tələbələr üçün İELTS tələbi minimum 6.0 , Magistr və PHD üçün isə 6.5 olmalıdır
Müraciətlər edilərkən sənədlər həm Azərbaycan tərəfinə , həm də SH portalına göndərilməlidir.
Göndərilməsi İstənilən Sənədlər :
- SH və Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizələrinin sürətləri
- Europass CV (İngiliscə)
- Motivasiya məktubu ( 1 səhifə )
- İELTS
- Bakalavra müraciət edəcəklər üçün attestat,magistr üçün diplom və transkript, PHD üçün bakalavr və magistr diplomu və transkriptlər
- sağlamlıq haqqında arayış
- Passport
- Hərbi bilet yaxud möhlət haqqında sənəd
- İki ədəd tövsiyyə məktubu
Son Müraciət Tarixi - 15 Yanvar 2022
Müraciət etmək üçün link - Bura toxunun
Comments