Əgər əlinizdə artıq yuxarı ranklı bir universitetdən aldığınız qəbul məktubu varsa və qəbulunuza rəğmən universitetin xərclərini necə qarşılayacağınızı qara-qara düşünürsünüzsə İSDB təqaüdünə müraciət etməyə tələsin.
İslam İnkişaf Bankı tərəfindən müsəlman ölkələrdə yaşayan və yaxud qeyri müsəlman ölkələrində yaşayan müsəlman etiqadlı istedadlı tələbələrə təklif olunan bu təqaüd demək olar sizin bütün xərclərinizi qarşılamaqdadır.
Təqaüdün Qarşıladıqlarına Daxildir:
- Tam Təhsil Haqqı
- Tibbi Xərclər
- Təyyarə Biletləri
- Aylıq Təqaüd
- Getdiyiniz ölkəyə inteqrasiya olunmağınız üçün xüsusi programa giriş
- Kitab/Dəftər xərcləri
- Elmi işlərin hazırlanması üçün müavinət və s.
Hansı Sahələr Üzrə Müraciətlər Edilə Bilər :
Dayanıqlı Kənd Təsərrüfatı
Davamlı İnkişaf üçün Təhsil
İqlim dəyişikliyi
Enerji
Dayanıqlı Şəhər İnfrastrukturu
Responsible Growth
Waste Management
Population Growth
Kimya
Biomüxtəliflik
Plastikin çirklənməsi və mikroplastiklər
Su və Gigiyena
Sağlamlıq
İnkişaf üçün İKT
İnnovasiya və İnfrastruktur İnkişafı
İslam İqtisadiyyatı, Maliyyə və Bankçılıq
İnkişafla əlaqəli Sosial Elmlər
Müraciət üçün minimum kriteriyalar :
Minimum 71+ akademik nəaliyyətə (GPA) sahib olmaq;
Hər hansı yuxarı ranklı universitetdən qəbul almaq
İş və/və ya tədqiqat təcrübəsi olanlara üstünlük veriləcək.
Proqramın tədqiqat sahələrindən birində onun elmi və inkişaf baxımından cəmiyyətə/ölkəyə yararını ifadə edən research proposal
Fiziki cəhətdən sağlam olmaq
Təqaüdün sizin üstünüzə qoyduğu bir neçə öhdəlik də var :
Təqaüd qazanan tələbələrdən aşağıdakılar gözlənilir:
Təhsil aldığı dövrdə və məzun olduqdan sonra öz icmalarına və ölkələrinə xidmət etmək öhdəliyini ifadə edən İİB-nin təyin etdiyi Təqaüd Müqaviləsini imzalamaq.
Tələbəlik illərini fasiləsiz və tam zamanlı olaraq təhsillərinə həsr edin və mütəmadi olaraq İDB-yə təhsilləri ilə bağlı inkişaf hesabatları təqdim etməlisiniz.
Proqram çərçivəsində təhsil aldıqları müddətdə başqa təqaüd və ya ödənişli iş axtarmamalısınız və ya təklif olunarsa qəbul etməməlisiniz.
Təhsil aldığı ölkənin qanunlarına hörmət etməlisiniz və Proqramın qaydaları və məqsədlərinə eyni zamanda İİB-in ümumi missiyasına uyğun olaraq şəxsi və peşəkar davranışı sərgiləməlsiniz.
Təqaüdü qazandıqdan sonra və məzun olduqdan sonra digər məzunlarla əlaqə yaratmaq üçün İsDB Məzunlarına (Alumni Network) qoşulun və məzunların icmalarında/ölkələrində onların tərəqqisi və nailiyyətləri haqqında İİB-i məlumatlandırmağa davam etməlisiniz.
Məzun olub işlə təmin olunduqdan sonra sizin üçün İSDB nin xərcləmiş olduğu ümumi məbləğin 50%-ni öz ölkələrində İİB tərəfindən yaradılmış Yerli Təhsil Etimad Fonduna (LETF) xırda hissələrlə qaytarmalısınız.
IsDB Təqaüdü üçün necə müraciət etmək lazımdır və hansı sənədlər gərəklidir?
(1) İstədiyiniz universitetdən qəbul məktubu alın.
(3) Qeydiyyatdan keçdikdən sonra, hesabınıza daxil olmaq üçün istifadəçi adınız və şifrəniz daxil olmaqla, e-poçtunuz vasitəsilə qısa müddətdə bir mesaj alacaqsınız.
(4) Magistr Təqaüdü üçün aşağıdakı sənədləri yükləyin:
ID card\Passport yükləyin.
CV yükləyin .
Bir həkim və ya xəstəxanadan Sağlamlıq haqqında arayış yükləyin.
Bakalavr diplomu və transkriptləri yükləyin.
İş təcrübənizi sübut edəcək sənədləri yükləyin.
Qəbul məktubunu və ya şərti qəbulun sübutunu yükləyin.
Dil sertifikatınızı yükləyin.
(5) Bu təqaüdü qazanmaq üçün uyğun olduğunuzu göstərmək üçün tələbələrdən təhsillərinə sadiq olduqlarını, təhsillərini başa vurduqdan sonra ölkələrinə qayıdacaqlarını və icmalarına / ölkələrinə xidmət edəcəklərini bildirən Zəmanət imzası təqdim edin .
(6) Ərizənizi təqdim edərək göndərin.
Son Müraciət Tarixi - 28 Fevral 2022
Müraciət üçün Link - https://www.isdb.org/scholarships
Commentaires