Bir çoxumuzun müraciətlər zamanı qarşılaşdığı əsas problemlərindən biri Sosial aktivlik təcrübələrimizin olmaması və nəticədə CV (curriculum vitae) və motivasiya məktubunun təməl daşları olacaq pointlərin zəif olması olur. Bunun real həll yolu həqiqətən cəmiyyət üçün faydalı işlər görməkdən - social projectlərdə,programlarda,portfoliolarda yaxud daha iri olan policylərdə aktiv təcrübədən keçir.Lakin bu saydıqlarımızda iştirak həm hər kəs üçün müxtəlif səbəblərdən əlçatımlı olmur, həm də uzun dönəmi əhatə etdiyini varsaysaq bakalavrda təhsil alan tələbələrin yalnız kiçik bir qismi bunlara vaxt ayırır. Bizim bu yazımızın əsas məqsədi sadəcə sizə CV - də yazmağınız üçün güclü point verməkdir.Elə isə vaxt itirmədən Global Youth Ambassador olmağa keçək.
Qlobal Gənclik Səfiri (GYA) Programının qayəsi gəncləri öz icmalarında , ölkələrində və ölkə xaricində təhsil kampaniyalar aparmağa səsləmək və onların bu təşəbbüslərini dəstəkləməkdir.
GYA-nın əsas 4 istiqaməti mövcuddur:
1) İcma
Bu istiqamət , gənclərə bir-birlərinin işlərini, kampaniyalarını və nailiyyətlərini paylaşan və təbliğ edən dəstəkləyici şəbəkənin bir hissəsi olmaq üçün fantastik şans verir.
2)İmkanlar
GYA-lar kampaniyalara qoşula və təhsil hüququnu müdafiə etmək üçün öz fəaliyyətlərinə rəhbərlik edə biləcəklər. Təhsillə bağlı tənqidi söhbətlərə təsir edə biləcəyiniz yüksək səviyyəli tədbirlər və qərar qəbuletmə forumları haqqında məlumat əldə edəcəksiniz.
3)Məlumatlılığın qurulması Şəbəkə üzvləri qlobal təhsil və hər bir uşaq üçün keyfiyyətli, inklüziv təhsilin 4-cü Davamlı İnkişaf Məqsədini reallaşdırmaq üçün nələrin baş verməsi haqqında ən son məlumatlara çıxış əldə edə biləcəklər.
4)Bacarıqları inkişaf etdirmək Bu cümlə bir az qəribə də olsa GYA-lar GYA-lar üçün başqa GYA-lar tərəfindən yaradılmış təlimlərdən istifadə edə bilərlər.
GYA programı dünyanın 70 dən çox ölkəsindən 1000-ə yaxın gəncin qatılacağı programdır və seçiləcəyiniz təqdirdə 2 il boyunca GYA olacaqsınız ki bu da sizə həm yeni imkanlar yaradacaq həm də CV və keçmişiniz üçün əla pointə çevriləcək.
Müraciət etmək üçün lazımı minimal kriteriyalar :
- İngilis dili
- 18-28 yaş aralığında olmaq
- Motivasiya məktubu
Son Müraciət Tarixi :
31 Dekabr 2021
Müraciət üçün Link :
Comments