top of page
Search
Vadim Həşimov

EMMIR - ERASMUS Mundus proqramı


Miqrasiya və Mədəniyyətlərarası Münasibətlər üzrə ERASMUS Mundus Magistr proqramı (qısaca EMMIR) miqrasiya araşdırmaları üzrə ixtisaslaşan ilk Afrika-Avropa-Asiya proqramıdır. Proqramda üç Afrika, dörd Avropa və iki Asiya partnyor universitetləri və təşkilatları iştirak edir.


Tərəfdaşların siyahısı:

  • Carl von Ossietzky Universiteti, Almaniya (koordinator).

  • Qadınlar üçün Əhfad Universiteti, Sudan.

  • Mbarara Elm və Texnologiya Universiteti, Uqanda.

  • Nova Qoritsa Universiteti, Sloveniya.

  • Cənubi Çexiya Universiteti, Çexiya.

  • Stavanger Universiteti, Norveç.

  • Witwatersrand Universiteti, Cənubi Afrika.

  • Hindistanın Mahanirban Calcutta Araşdırma Qrupu.

  • Hindistanın Rabindra Bharati Universiteti.

Emmir Proqramında siz ilk semestr Almaniyada, ikinci semestr Norveçdə, digər iki semestr isə seçiminizə görə tərəfdaş universitetlərdə təhsil alacaqsız.


Təqaüd nəyi qarşılayır?


Erasmus+ Təqaüdçüləri

- 24 ay ərzində aylıq 1400€ təqaüd alır;

- Sağlamlıq sığortası ilə təmin edilir;

- Universitet ödənişi etmir.


Qeyd: Təqaüdçülər səyahət, viza və bənzər xərcləri özləri qarşılamalıdırlar.


Qəbul Kriteriyaları

  • Miqrasiya Elmləri ilə əlaqəli Bakalavr səviyyəsi (məsələn, Sosial elmlər, Tarix, Mədəniyyətşünaslıq, Təhsil elmləri, Hüquq, İqtisadiyyat, İnkişaf Araşdırmaları və Jurnalistika);

  • Minimum GPA C+ (71+);

  • Miqrasiya Elmləri ilə əlaqəli tədqiqat metodları haqqında bilikli olmaq;

  • Yeni məzun olmalı (bakalavr səviyyəsini son 5 ildə bitirmiş olmalısınız).

  • IELTS 6.5 və ya TOEFL 88 və ya ekvivalent

Müraciət üçün son tarix:

6 mart 2022.

Əlavə məlumat üçün linkə keçid edin.

148 views0 comments

Recent Posts

See All

Master Mind Təqaüdü

Belçika sözün həqiqi mənasında yer kürəsinin ən multikultural yerlərindən biridir, xüsusən də ölkənin üç rəsmi dilinin (Holland, Fransız...

Comments


bottom of page