top of page

Xaricdə Təhsilə Dair Bütün Prosesi Bizə Həvalə Edin!

Xidmətlərimiz

Xarici Universitetlərə və Təqaüd Programlarına müraciət üçün gərəkli bütün proseduru bizim öhdəliyimizə buraxın, illərdir xaricdə təhsil sahəsində çalışan peşəkar mütəxəssislərimiz sizin əvəzinizə müraciətləri həyata keçirsin. Sadəcə üstdəki yazıya toxunaraq özünüzə uyğun xidmət paketinizi seçin və bizim vasitəmizlə xaricdə təhsil almağa başlamış tələbələrin növbətisi siz olun.

Motivasiya məktubu, referans məktubu və bu tipli digər akademik yazıların yazılması tərəfimizdən həyata keçirilir. Bu xidmətlərin hər hansı birindən faydalanmaq üçün müraciətçilər lazımı formu dolduraraq 3-5 iş günü ərzində məktublarını əldə edə bilərlər.​

Bu xidmətə tələbələrin getdiyi ölkədən asılı olaraq bütün lazımi form və sənədlərin doldurulması, sığorta alınması, otel və bilet bronları daxildir. Tələbələr əlavə olaraq müsahibə mərhələsinə hazırlıq üçün konsultasiya xidmətimizdən faydalana bilir.

Əgər maddi imkanınız bütün prosesi Xaricdə Təhsil şirkətlərinə həvalə etməyə əl vermirsə, biz sizin özünüz tərəfindən apardığınız prosesi yoxlaya, düzəlişlər edə, şərh verə və buraxacağınız boşluqları taparaq müraciətinizi mükəmməlləşdirməyə hazırıq.

 Limitləndirilmə  Məhdudiyyəti

Edu Front - daha çox maddi gəlir əldə etmək naminə çoxsaylı tələbə ilə çalışmağı məqsədə uyğun saymır və biz bunun gördüyümüz işin keyfiyyətini aşağı sala biləcəyini düşünürük. Buna görə də xidmətimizdən yararlanacaq tələbələrin sayını limitləməyə məcbur oluruq.

Tələbələrin istəklərinə özənlə yanaşmaq, hər birinin müraciət prosesinə xüsusi diqqət ayırmaq, başqa sözlə desək zərgər dəqiqliyi ilə işləmək xarici universitetlərə müraciət prosesində ən əsas məqamdır və biz buna nail olmaq üçün sadəcə müəyyən sayda tələbəyə xidmət edə biləcəyimizi başa düşürük.

Buna görə də maddi maraqlarımızı ikinci plana ataraq, hazırda bizimlə çalışmağı seçmiş və gələcəkdə bizimlə birlikdə müraciət edəcək limitli sayda tələbələrin müraciətini həyata keçirəcəyik.

 

Biz bizimlə yola başlamış tələbələrin haqqlarına hörmət etdiyimizdən - onların işini ən yaxşı şəkildə görmək, xaricdə təhsil arzularını riskə atmamaq və digər tələbələr arasında etimad yaratmaq naminə bu məhdudiyyətə getməyə məcburuq.

bottom of page